Sağlamlıq 23:02 20.08.2019

Ürək tutmasını bir damla qan analizi ilə təyin edəcəklər

Dünya tibbində ürək ağrıları hiss edən xəstələrə  kardioqramma ilə yanaşı yeni qan testi də təklif ediləcək. Yeni analizlə 15 dəqiqə içində
xəstədə infarkt, ürək tutması olub-olmaması  məlum olacaq.

Qaynarinfo medicina.az-a istinadən bildirir ki, bu analizi hətta təcili yardım briqadaları yerindəcə edə biləcək.
Analiz xüsusi miozin zülalının miqdarının qanda ölçülməsi mexanizmi ilə işləyir.

Ürək əzələsinin kəskin zədələnməsi və yığılması zamanı qanda sürətlə artır.
Testi aparmaq üçün diabet xəstəliyində olduğu kimi barmaqdan qan alan qlükometr hazırlanır.