Hindistan onlarla dinin bir arada olduğu, iyirmiyə yaxın fərqli dillərdə danışan və zəngin mədəniyətə sahib olan ölkələrdən biridir. Elə buna görə də bir-birindən fərqli ənənənin formalaşması təbiidir.
"Qaynarinfo" sizə həmin adət-ənənələrin arasından ən fərqlilərini təqdim edir:
1. Bütün dünya dinləri Hindistanda birləşir
Hinduizim, Buddizim, Şamanizim, Jainizim kimi dinlər Hindistanda yaranıb.
2. Qız uşaqlarının 7 yaşı olanda itlə evləndiririlər
İtlərin qızları həqiqi evliliklərinə qədər qoruyacağına inanırlar.
3. Oğlan uşaqlarını hündür yerdən aşağı atırlar
İnanırlar ki, bu həmin uşağa şans və sağlamlıq gətirir.
4. Bizdəkinin əksinə olaraq, oğlan evi deyil, qız evi oğlan üçün müəyyən miqdar da pul ödəyir
Bu adətin adı "Drahoma"dır.
5. Qurbağalar üçün toy edirlər
Bizdəki yağış duası eyni məntiqə əsaslanır. Qurbağaları evləndirəndə, yağış tanrısını sevindirəcəklərinə inanırlar.
6. Həyat yoldaşı ölən qadınlar ya özlərini yandırır, ya da yandırtdırırlar
Həyat yoldaşı dünyasını dəyişən qadınların pis olduğuna görə ərlərinin öldüyünə inanılır. Əgər bunu edərlərsə, bütün günahlarının bağışlanacağına və ölən ərlərinin yanına gedəcəklərinə inanırlar.
7. Hindistanda geyim ictimai siniflərə ayrılmanın bir parçasıdır
8. Hindistan toylarında çoxlu "Məxmər gülü" istifadə olunur
Məxmər gülünün xoşbəxtlik və şans gətirməyinə inanırlar.
9. "Holi festivalı": Minlərlə insan rəngli tozları bir-birinin üzərinə atıb əylənirlər
Beləliklə hər kəs eyni vaxtda əylənməsi, yaşlıların yalnızlığını unutması, insanların üzərində olan mənfi enerjilərin atılması təmin edilir.
10. Bir çox bölgədə qadınların ərlərini öz adıyla çağrması hörmətsizlik sayılır
11. Yaz, yay, payız, qış, yaz mussonu və qış mussonu adı ilə 6 fəsil var
12. Hindistan toylarında gəlin və bəy üçün müqəddəs od yandırılır
Gəlinlə bəy bu odun ətrafında 4 dəfə döndükdən sonra stullara tərəf qaçırmışlar. Kim stulda ilk otursa, ailədə onun sözünün keçəcəyinə inanılır.
13. Marixuana bir çox bölgədə sayılır
14. Yas mərasimlərində ağ rəngdə geyinirlər.
15. Bir çox bölgədə qadınların bir neçə əri ola bilər
İngilislərin işğalına qədər bu vəziyyət normal sayılırdı. Hazırda isə bəzi bölgələrdə qalıb.
16. İntihar etmək günah yox, fəzilətli bir addım sayılır
İntihar etməyə qərar verən adam 3 gün oruc tutur və istədiyi üsulla da həyatından imtina edir.
17. Dünyanın ən böyük və ən çox iştirakçıya sahib olan "Kumbh Mela Festival" hər il Hindistanda baş tutur
18. Hindistanlılar tualetdə sol əllərini istifadə edirlər
Ona görə də əsla sol əlləri ilə yemək yemirlər.
19. Qanq çayında çimənlərin bütün günahlardan təmizlənəcəyinə inanırlar. Buna görə də ölüləri yandırıb küllərini bu çaya tökürlər.
Tanrının aid olduğu Qanq çayının heç vaxt çirklənməyəcəyinə inanırlar. Lakin çay o qədər kirlənib ki, tərkibində bir çox xəstəliyə yol açan bakteriyalar var. Bundan əlavə, içində kimliyi bilinməyən yüzlərlə meyidin olduğu da məlumdur.
20. Hindistanlılar inəklərə sitayiş etmir, onları müqəddəs hesab edirlər
Çünki Tanrı Krişnanın bir inəyin bədənindən çıxdığına inanırlar. Buna görə də inəklər küçələrdə sərbəst gəzir, hətta məbədlərə belə girə bilirlər.
Lalə
Qaynarinfo.Az
Şərhlər