İdman 01:41 12.10.2018

Rəqibimizin baş məşqçisi mətbuat konfransına gəlmədi

Farer adaları yığmasının baş məşqçisi Lars Olsen Azərbaycanla UEFA Millətlər Liqasının III tur oyunundan sonra mətbuat konfransına gəlməyib. 

57 yaşlı mütəxəssis qarşılaşmanın ardından stadionu tərk edib. Farer adaları Futbol Federasiyasının nümayəndəsi Olsenin jurnalistlər önünə çıxmayacağını bildirib.  

Qeyd edək ki, Farer adaları Azərbaycan millisinə 0:3 hesabı ilə uduzub. (Sport24.az)