Maqazin 11:11 07.05.2019

Rəqqasə Fatiməyə vəzifə verildi (FOTO)

Rəqqasə Fatimə Fətəliyevaya vəzifə verilib.

Qaynarinfo xəbət verir ki, rəqqasə Bakı Şəhər Mədəniyyət Baş İdarəsində Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə iş üzrə Mərkəzin-Yaradıcı Kollektivin estrada artisti təyin edilib.

Bu barədə o, özünün "Instagram" hesabında yazıb: "Bu gündən yaradıcı fəaliyyətimdə yeni işə başladım. Ya Allah, xeyirli olsun. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi-Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə iş üzrə Mərkəzin-Yaradıcı Kollektivin estrada artisti kimi çalışacam. Uğurlu olsun. Ruhumun qidasi rəqsdir".