Video 11:29 20.12.2017

“Rəqs et!” layihəsinin təqdimatı keçirildi (VİDEO)

Dekabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, "İrəli” İctimai Birliyinin və Azərbaycan Rəqs Assosiasiyasının təşkilati dəstəyi ilə baş tutan "Rəqs et!” layihəsinin təqdimatı baş tutub.

Qaynarinfo xəbər verir ki, Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Elvin Səhətbəylinin rəhbərliyi ilə həyata keçirilən "Rəqs et!” layihəsi Azərbaycanda yerli və beynəlxalq rəqslərin təbliğinə yönələn bir layihədir. Layihə çəçivəsində müxtəlif rəqslərdən ibarət olan video çarx ərsəyə gətirilib.

"Rəqs et!” layihəsinin əsas hədəfi yaradıcı gənclərin cəmiyyətə tanıdılmasıdır. Bundan irəli gələrək "Rəqs et!” layihəsi çərçivəsində yerli və əcnəbi gənclərin iştirakı ilə 10 müxtəlif rəqslər lentə alınıb. Hazırlanan video çarxda gənclərin istedadlarının üzə çıxarılması məqsədi ilə bu janrlar üzrə rəqslər oynanılıb: milli rəqs, Popping, electro dance, Break dance, Dance hall, Jazz-Funk, Contept, LA(elay), Shuffle. Sonda isə video çarxın KİV nümayəndələri, təşkilat nümayəndələri və gənclər üçün təqdimat mərasimi keçirilib.