Video 20:20 29.08.2020

Rəşad Dağlı Vüqar Biləcərinin dəfnində ağladı (VİDEO)

Xəbər verdiyimiz kimi, meyxanaçı Vüqar Biləcəri bu gün vəfat edib.

Qaynarinfo-nun axşam.az-a istinadən məlumatına görə, uzun müddətdir xəstə olan ifaçı Biləcəri qəbiristanlığında dəfn edilib. Onunla vida mərasiminə sənət dostları, meyxanaçılar da qatılıblar.

Meyxanaçının nəşi qəbiristanlığa aparılarkən Rəşad Dağlı göz yaşını saxlaya bilməyib. Onun hönkür-hönkür ağladığı görüntüləri sosial şəbəkədə paylaşılıb.