İdman 20:08 11.11.2017

Rəşad Sadıqov "Beşiktaş"ın düşərgəsində (FOTO)

Azərbaycan milli komandasının sabiq kapitanı, "Qarabağ" U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov Türkiyədə təcrübə keçib.
 
"Qaynarinfo" sport24.az-a istinadən xəbər verir ki, Ağdam klubunun 35 yaşlı kapitanı bu məqsədlə "Beşiktaş"ın düşərgəsində olub. Belə ki, təcrübəli müdafiəçi Super Liqanın son qalibinin bazasında bir neçə günlük təcrübədə olub. 
 
Bu, məşqçilikdəki ən yüksək kateqoriya olan Pro kursları çərçivəsində təcrübədi. Bu kateqoriyada 2 praktika var. Onlardan biri əsas komandayla iki həftəlik tsikldi. Bu zaman komandanın düşərgəsinə yollanaraq iki oyununa baxmaq nəzərdə tutulub. Bunlardan biri əvvəldə, digəri sonda olur və vətənə qayıdandan sonra bu haqda "Pro"nu keçənlərə məlumat verirsən.
 
Digəri isə akademiya haqda tsikldi ki, Sadıqov bununla bağlı "Beşiktaş"ın düşərgəsində olub. Rəşadın Türkiyəyə səfəri məhz bununla əlaqədar həyata keçirilib. O, səfəri çərçivəsində lazımı məlumatlar toplayandan sonra qayıdıb prezentasiyasını həyata keçirəcək. Bu, imtahan xarakterli bir proses olacaq.
 
Xatırladaq ki, Rəşad səfərini Azərbaycan Prenmyer Liqasında yaranan ikihəftəlik fasilə zamanı gerçəkləşdirib.
 



Qaynarinfo.Az