Ekonomiks 12:42 03.04.2020

Rəsmi Bakı neft qiymətləriylə bağlı OPEC+ iclasının tarixini açıqladı

Azərbaycan Energetika Nazirliyi OPEC+ ölkələrinin təcili iclasının aprelin 6-na təyin olunduğunu bildirib. Tədbir videokonfrans rejimində keçiriləcək.

Qaynarinfo xəbər verir ki, konfransda yeni əməkdaşlıq bəyannaməsinin müzakirəsi planlaşdırılır. Videokonfransda bütün format nazirləri iştirak etməlidirlər.

Bundan əvvəl, OPEC-in qarşıdakı OPEC+ toplantısı ilə əlaqədar olaraq neft istehsal edən ölkələrə müraciət hazırladığı bildirilmişdi. Güman ki, neft bazarının sabitləşməsi müzakirə ediləcək.

Hər şey hələ ki danışıqlar mərhələsində davam edir. Mümkün görüşün təfərrüatları müzakirə olunur.

Alpər