Video 16:55 18.04.2019

Restoranlarda iştah qaçıran qiymətlər (VİDEO)

Hansısa restorana əyləşib açıb menyuya baxmaq istəyirsən amma menyudakı qiymətlər əlini yandırır və iştahın küsür. Tərkibi eyni olan yeməyin və ya salatın müxtəlif restoranlarda qiymətləri niyə bu qədər fərqlidir?

ARB TV-nin "Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Eyyub Hüseynov - AİB-nin sədri: "Bakıda bəzi restoranlar var ki, üzü dənizə tərəf oturanda əlavə olaraq vətəndaşlardan 20 manat artıq pul alırlar. Və ya eyni yeməyin lap bir-birinə yaxın ərazidə yerləşən restoranlarda çox fərqli qiymətlərin olması… Dövlət tərəfindən bu qiymətlər tənzimlənmir. Biznes strukturları özləri qiymətləri necə istəsələr qoya bilirlər. İstehlakçı sadəcə seçim etməlidir”.

Qiymət artımının digər səbəbi isə turist axını ilə bağlıdır.

Rəşad Həsənov - İqtisadçı-ekspert: "2015-ci ildən sonra Azərbaycana turist axını artıb. Azərbaycan turist axının artması fonunda qeyd edilən istiqamətlərdə xidmətlərə tələb də yüksəldi”.

Restoran sahibləri qiymət dəyişikliklərini isə müxtəlif səbəblərə bağlayırlar.

Qanunvericilik sahibkarlara qiymətlərin tənzimləməsində müəyyən qədər sərbəstlik verir.

Qorxmaz Ağayev - Vəkil: "Qiymətlərin tənzimlənməsi İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun, ticarət, ictimai-iaşə, xidmət sahəsində Nazirlər Kabinetinin qaydaları ilə tənzimlənir. Bax bu sənədlərin üçündə də  restoran xidmətini  qiymətləıri sərbəst şəkildə müəyyənləşdirirlir”.

Deməli iş qalır sahibkarın insafına və istehlakçının seçiminə.