Neftin qiymətləri son üç ildə ən yüksək səviyyəyə qalxıb. OPEC+ sazişinin və ABŞ-ın İrana qarşı sanksiyaları yenidən bərpa etməsinin, digər geosiyasi risklərin təsiri altında dünya bazarlarında neftin qiyməti 79 dollara çatıb. İnvestorlar qiymətin 80 dolları keçəcəyi və hətta 90 dollara çatacağına rekord stavkalar qoyurlar.
Virtualaz.org "Reuters”ə istinadən xəbər verir ki, buna baxmayaraq fiziki neft bazarı tamam başqa mənzərə yaradır. Spot bazarında qiymətlər fyçerslərlə müqayisədə son bir neçə il ərzində ən yüksək həddə aşağı düşüb. Çünki Çinin neftayırma zavodlarının xam neftə tələbatı azalıb və Avropa limanlarında neftlə yüklü tankerlərin boşaldılmasında ləngimələr var. Çünki anbarlar neftlə doludur.
Neft dəllalları Qərbi Afrika, Rusiya və Qazaxıstan nefti üçün alıcı tapmaqda çətinlik çəkirlər, habelə Texasa və Kanadaya neft nəqlini artırmaq üçün boruların imkanları məhduddur.
Stop və fyuçers qiymətlərində fərqlər əhəmiyyətli amildir, çünki adətən fiziki neft bazarı qısamüddətli perspektivlərdə ən yaxşı göstəricidir. Bütün dünya boyu neftayırma zavodlarına xam neft satan treyderlər deyirlər ki, spekulyantlar neftin qiymətini 70 dollardan yuxarı "itələməklə” sürüşkən yol seçiblər. Qiymət artımı ABŞ-ın İrana sanksiyalarının bazara potensial təsirləri və Venesueladan neft təchizatının azalması nəticəsində artıb.
İnvestorlar mövcud geosiyasi gərginlik fonunda qiymətin daha da yüksələcəyini hesablayaraq milyonlarla dollar yatırıblar.
"Fyuçerslərlə alver edən uşaqlar əmindir ki, bazarda neftin həcmi azalacaq. Neftayırma zavodlarının yay profilaktikası işlərinin başa çatmasından sonra tələbat artacaq”-ABŞ-da mənzillənmiş neft treyderi deyib.
Yaxın bir neçə həftə ərzində biz çox güman ki, bazarların artıq neftdən təmizlənməsini müşahidə edəcəyik, amma bu baş verməsə bizim problemlərimiz yaranacaq”-teryder bildirib.
Analitiklər gözləyir ki, qlobal neft təchizatı 2019-cu ildə sutkada 200 min barreldən 1 milyon barrelə qədər azala bilər. "İrandan neft təchizatının azalması bazarda qıtlığı dərinləşdirəcək, bu da qiymətlərin artmasına səbəb olacaq”-analitik Greq Şarenou bildirib. Onun fikrincə qısamüddətli perspektivdə neft 80 dolları keçə bilər.
Hazırda treyderlərin əlində rekord həcmdə-21.3 milyon barrel neft opsionları var. Əgər dekabrın sonlarına doğru neftin qiyməti 90 dollara çatsa onların stavkası özünü doğruldacaq. Treyderlər gözləyir ki, iyunun ortalarında Amerika neftinin qiyməti 85 dollara çatacaq, nəticədə onlar həmin qiymətə rekord sayda -14.000-dən çox müqaviləyə stavka ediblər.
"Bu stavkarlar tələbatın artması ilə bağlıdır, təkcə geosiyasi risklərlə bağlı deyil”-Şimali Karolindadan analitik Skot Şelton bildirib.
Amma fiziki neft bazarının iştirakçıları tələbatın artacağına əmin deyillər. Treyderlər deyirlər ki, ABŞ-dan neft ixracı sutkada 2 milyon barreldən çox artıb və bir sıra bazarlarda tələbatdan çox neft yaranıb, bu da kotirovkaların korreksiyası üçün şərt yaradır.
"Fyuçerslərlə və fundamental göstəricilər arasında böyük fərq var. Qiymət barrel üçün 20 dollara ensə mən buna təəcüblənmərəm”-Çinin dövlət neft emalı şirkətinin treyderi bildirib.
"Reuters” bildirir ki, ABŞ tərəfdən rəqabətin artması Nigeriya və Azərbaycan neftinin satışını çətinləşdirib, hansı ki, bu ölkələr birlikdə təxminən ABŞ qədər neft ixrac edirlər və Avropadan, Latın Amerikasından olan müştərilər uğrunda mübarizə aparırlar.
Hazırda fyuçerslər yüksək olsa da fiziki neftin qiyməti aşağı düşüb. "Brent” neftinin fyuçersinin fiziki neft qiymətindən 7 dollar yuxarı olması nəticəsində ona alıcı tapmaq da çətinləşir. Rusiyanın "Urals” neftinin diferensialı son yeddi ildə ən aşağı həddə düşüb, Qazaxıstanın "CPC Blend” nefti isə 2012-ci ilin aprelindən bəri minimum həddə enib. Qərbi Afrika neftinin Asiya bazarlarına daşınması aprel ayında son beş ilin ən aşağı həddinə düşüb, çünki Çin limanlarında tankerlər boşalmaq üçün növbə gözləyir.
Şərhlər