Rezidenturaya ixtisas seçimi edənlərin nəzərinə

Rezidenturaya ixtisas seçimi edənlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya ixtisas seçimi edənlərə tövsiyələr verilir.

DİM-dən "Qaynarinfo"ya verilən məlumata görə, artıq müsabiqədə iştirak etmək hüququ qazanmış namizədlər məlumdur.

Diqqətə çatdırılır ki, bundan sonra müsabiqədə iştirak etmək hüququ qazanmış namizədlərin qarşısında ixtisas seçimi aparmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək (rəsmiləşdirmək) vəzifəsi durur. Bu məqamda düzgün, ağıllı qərar qəbul etmək, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları balların paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini (“Rezidentura səviyyəsinə qəbul imtahanının nəticələri ilə əlaqədar statistik məlumat”) nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.

Namizədlərə ixtisas seçimindən əvvəl həkim-mütəxəssis olmaq istədiyi sahə üzrə qısa araşdırma aparmaq, təhsil almaq istədiyi tibb müəssisələrinin tələbləri, maddi-texniki bazası, kadr potensialı, onların elmi fəaliyyət istiqamətləri və s. ilə tanış olmaq da tövsiyə edilir.

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR