İdman 11:25 21.01.2014

Riberi və Benzemanın cinsi əlaqə qalmaqalı - FOTOLAR


Parisdə futbol üzrə Fransa yığmasının iki futbolçusunun məhkəməsi başlayıb.

Qaynar.info
lent.az-a istinadən xəbər verir ki, BBC-nin verdiyi məlumata görə, hazırda Münhen “Bavariya”-sında oynayan Frank Riberi və Madrid “Real”-ının oyunçusu Kərim Benzema yetkinlik yaşına çatmayanları fahişəliyə cəlb etməkdə ittiham olunurlar.

Mənbə bildirib ki, onlar 2008-2009-cu illərdə 18 yaşı tamam olmayan Zahiyə Dehardan bu məqsədlə istifadə ediblər.

Benzemanın ittihamları rədd etməsinə baxmayaraq, Riberi Deharla cinsi əlaqədə olduğunu boynuna alıb, amma bu xidmətinə görə ona pul vermədiyini söyləyib.

Dehar isə öz növbəsində bildirib ki, onlarla görüşən zaman futbolçular onun yetkinlik yaşa çatmadığından xəbərsiz olublar.

Riberi və Benzema məhkəmə prosesində iştirak etməyib, onları vəkilləri təmsil edib.

Onlara qarşı irəli sürülən ittihamlar təsdiqlənəcəyi halda futbolçulara 3 il iş kəsilə bilər.

Qeyd edək ki, hər iki futbolçu islam dininə etiqad edirlər və müsəlmandırlar.

Qaynar.info