Siyasət 15:42 05.09.2013

Riçard Morninqstar seçkilərdən danışdı

Biz əvvəllər də demişik və təkrar edirik ki, Azəfbaycanda əsas görmək istədiyimiz ədalətli seçkilərdir.

Ümid edirik ki, hər bir Azərbaycan vətəndaşı görmək istədiyi prezidentə səs verəcək və öz hüququndan istifadə edəcək.

Gün.Az xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
 O bildirib ki, avqustun 5-də azad və ədalətli seçkinin nədən ibarət olmasına dair bir bəyanatla çıxış ediblər və həmin bəyanatın üzərində də dayanırlar.

 Müxalifət nümayəndələri ilə görüşlərə də münasibət bildirən səfir deyib ki, diplomat bütün namizədlərlə danışa bilər.
 
“Eyni zamanda vacibdir ki, diplomat hər hansı bir namizədi xüsusilə dəstəkləməli və ona qarşı getməli deyil. Çünki bu məhz Azərbaycan xalqının qərarı olmalıdır”.

Qaynar.info