Maqazin 16:52 30.10.2019

Riki Martin 4-cü dəfə ata oldu (FOTO)

Dünya şöhrətli müğənni Riki Martin 4-cü dəfə ata olub.

Qaynarinfo xəbər verir ki, Riki Martin və həyat yoldaşı Cvan Yusif surroqat ana vasitəsilə qız övladına sahib olublar. Müğənni bu barədə sosial şəbəkə hesabında məlumat verib. Körpəyə Renn Martin-Yusif adı qoyulub. Cütlüyün Lusiya Martin-Yusif adlı övladları da var.

Müğənninin ekiz oğlanları Vatteo və Valentino isə 2008-ci ildə dünyaya gəliblər.

Qeyd edək ki, Riki Martin 2017-ci ildə həmcinsi Suriya əsilli isveçli rəssam Cvan Yusiflə ailə həyatı qurub.

Gülşən