Sənət 22.01.2022

Rio-de-Janeyro karnavalı təxirə salındı

Braziliyada ilin əsas mədəni və turizm tədbiri təxirə salınıb. Rio-de-Janeyro karnavalı adəti üzrə fevralın sonunda deyil aprelin 21-də keçiriləcək. Braziliyada fevralın sonu bahar, aprelin sonu isə payızın gəldiyi aydır ki, bu da karnavalın keçirilməsi üçün münasib sayılmır.

Rio-de-Janeyro və San-Paolo şəhərlərinin rəhbərləri pandemiya ilə bağlı çətin vəziyyətə görə "samba məktəbi yürüşünü” təxirə salmaq qərarına gəliblər. Pandemiya qurbanlarının sayına görə 622 min ölümlə ikinci yerdə olan Braziliya bu həftə gündəlik yoluxma sayında rekord vurub - 204 min 854 nəfər.

Rio-de-Janeyroda səhiyyə sisteminin rəhbəri aprelin sonunda keçiriləcək karnavalın fevralla müqayisədə daha təhlükəsiz tədbir olacağına əminliyini ifadə edib. Samba məktəblərinin təşkili ilə məşğul olan qurum bu qərarı dəstəkləyib: "Bu, düzgün qərardır. Ümid edirik ki, əvvəllər olduğu kimi aprelin 21-də də əyləncəli karnaval keçirə biləcəyik”.

Qeyd edək ki, Rio-de-Janeyronun hər kvartalında rəqqasları birləşdirən 4000-ə qədər samba məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə aylardır karnavala hazırlaşırlar, məşq edirlər, kostyumlar hazırlayırlar.//azertag.az