Dünya 12:52 11.06.2018

Robert De Niro canlı yayımda Trampı söydü: "Trampın..."

Dünya şöhrətli aktyor Robert De Niro canlı yayımda ABŞ prezidenti Donald Trampı söyüb.

Qaynarinfo Telegraph-a istinadən xəbər verir ki, "Tony Awards" mükafatlandırma mərasimində iştirak edən aktyor musiqiçi Bryus Sprinqstini təqdim etmək üçün səhnəyə çıxıb. Bu zaman o, ABŞ prezidentini söyüb: "Bir söz demək istəyirəm. Trampın..." 

Aktyorun bu addımı zaldakı rejissor, prodüser və aktyorların alqışına səbəb olub.

Qeyd edək ki, mükafatlandırma mərasimi CBS kanalı ilə canlı yayımlanıb.

Gülşən