İdman 16:34 15.02.2014

Roberto Karlos türk qadınlarından danışdı

“Türk qadınları maraqlıdırlar. Amma çox gözəldirlər”. Bunu dünyanın ən yaxşı futbolçularından biri olan Roberto Karlos deyib. Dünya futbolunun ulduzu hazırda Türkiyənin “Sivasspor” komandasının baş məşqçisidir. 

Qaynar.info ans press-ə istinadən xəbər verir ki, baş məşqçi kimi özünü sınayan futbolçu qadınlara qarşı şiddətin yolverilməz olduğunu deyir. 

“Braziliyada “Maria de Penha” adlı bir sistem var. O siztemə görə bütün qadınlar qorunurlar. Bu sistemin bütün dünyada olması lazımdır. Çünki qadınlar toxunulmazdırlar. Amma təssüf ki, əsəblərinə hakim ola bilməyən insanlar qadınlara qarşı şiddət nümayiş etdirirlər".

Ulduz fulbolçu 8 uşağı və uşaqlığı barəsində də danışıb. O, 8 övladının subay dövrünün yetirmələri olduğunu deyib. “Bir zamanlar subay idim. Uşaqların anaları ilə deyil, özləri ilə görüşürəm”.

Qaynar.info