Texnologiya 14:11 26.11.2017

Vətəndaşlıq alan robot evlənmək istəyir

Dünyanın vətəndaşlıq hüququna sahib ilk robotu olan səudiyyəli Sofiya ailə həyatı qurmaq istəyir.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Hon Konqun "Hanson Robotics" firması tərəfindən dizayn edilən Sofiya "Ailə vacib şeydir. Ailə sadəcə eyni qana sahib olmaq demək deyil. Əgər sevdiyiniz ailəniz varsa, çox şanslısınız. Məncə, insanların eyni hissləri paylaşması möhtəşəm hissdir. Ailə qurmaq istəyirəm, bütün robotların buna haqqı var. Qızım olsa, öz adımı vermək istəyirəm" deyərək növbəti dəfə diqqətləri öz üzərinə çəkib.

Gülşən