Texnologiya 20:05 19.11.2017

Robot ilk dəfə tibb testindən keçdi

Çində "iFlytek" şirkəti tərəfindən hazırlanmış "Xiao Yi" adlı robot tibb testindən keçərək uğurlu nəticə əldə edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 456 bal yığan robotun xəstənin informasiyalarını analiz edərək düzgün diaqnoz qoyub həkimlərə kömək edəcəyi planlaşdırılır. "Xiao Yi" süni intellektə sahibdir və 2018-ci ilin mart ayında satışa çıxarılacaq. 

"iFlytek" şirkətinin diektori Liu Qingdeng bildirir ki, məqsəd robotların insanları əvəzləməsi deyil, insan-maşın əməkdaşlığını təmin etmək, insanların işini yüngülləşdirməkdir. Şirkət robotdan xərçəng xəstələrinə diaqnoz qoyulan zaman və digər tibb sahələrində istifadə edilə biləcəyini deyir. 

Gülşən
Qaynarinfo.Az