"Roma" filmi BAFTA kinomükafatının qalibi oldu

BAFTA kinomükafatının qalibləri müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, meksikalı rejissor Alfons Kuaronun "Roma" filmi "Ən yaxşı film" kateqoriyası üzrə 1-ci yerə çıxıb. Kuaron isə "Ən yaxşı rejissor" mükafatına yiyələnib. 

Yunan rejissor Yorqos Lantimosun "The Favourite" ekran əsəri ən yaxşı Britaniya filmi kimi BAFTA mükafatına sahib çıxıb. Bu filmdə rol alan Oliviya Kolman "Ən yaxşı qadın rolu", Reyçel Vays isə "İkinici ən yaxşı qadın rolu" mükafatlarını qazanıb. 

Əfsanəvi sənətçi Freddi Merkurinin həyatından bəhs edən "Bohemian Rhapsody" filmində əsas rol ifaçısı Rami Malek isə "Ən yaxşı kişi rolu" nominasiyasının qalibi olub.

Qeyd edək ki, ümumilikdə 24 nominasiya üzrə qaliblər elan edilib.

Gülşən

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR