İdman 17:20 05.09.2020

Ronald Kuman 2 ulduz futbolçunu "Barselona"dan kənarlaşdırdı

"Barselona"nın yeni baş məşqçisi Ronald Kuman iki ulduz futbolçunu əsas komandanın məşqlərindən kənarlaşdırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb. Bildirilir ki, niderlandlı mütəxəssis Luis Suares və Arturo Vidalı komandanı tərk edəcəkləri üçün əsas komandadan kənarlaşdırıb.

Suaresin "Yuventus"a, Vidalın isə "İnter" klubuna keçəcəyi gözlənilir. Hər iki futbolçu fərdi qaydada məşq edir.