İdman 20:22 03.01.2014

Ronaldinyo danışdı

Ronaldinyo Braziliya mətbuatına öz gələcək futbol karyerası ilə bağlı açıqlama verib

Futbol  İstanbulun “Beşiktaş” futbol klubunun transfer etmək istədiyi braziliyalı oyunçu Ronaldinyo Braziliya mətbuatına öz gələcək futbol karyerası ilə bağlı açıqlama verib. 

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin “Qara-ağlı” klubunun uzun müddətdir transfer etmək istədiyi Ronaldinyo "Bu an “Atletiko Mineiro” komandası ilə bağlı elə bir planım yoxdur. Mən istirahət edirəm, qardaşım mənim üçün klublarla görüşür. Mən işi buraxdım, o başladı. Harada oynayacağımı, gələcəyimi qardaşım təyin edəcək. Mən istirahətdəyəm və futbolu bu an üçün unutmuşam, yalnız dincəlirəm” sözlərini deyib.


Qaynar.info