İdman 16:11 21.10.2018

Ronaldo 400-ə çatdı, Messi geridə qaldı

Kriştiano Ronaldo daha bir uğura imza atıb.

Qaynarinfo xəbər verir ki, portuqaliyalı ulduz "Yuventus"un A Seriyasının IX turunda "Cenoa" ilə "sülh" bağladığı (1:1) matçın 18-ci dəqiqəsində komandasını hesabda önə keçirib. 

Bu onun "Böyük beşlik" çempionatlarında (İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa) 400-cü qolu olub. Ronaldo İngiltərə Premyer Liqasında "Mançester Yunayted"in heyətində 84, İspaniya La Liqasında "Real"la 311 qol vurub. A Seriyasının ilk 9 turunda 5-ci qolunu vuran portuqaliyalı 400-ə çatıb.

Ronaldonun bu seriyada ən yaxın izləyicisi "Barselona"lı Lionel Messidi - 389 qol.