İdman 20:35 05.08.2018

Ronaldo 9 il oynadığı "Real"ı sildi

"Yuventus"a transfer olunan Kriştiano Ronaldo "Real"ın "Instagram" hesabını izləməkdən çıxardıb.

Qaynarinfo xəbər verir ki, portuqaliyalı ulduz yeni klubunun "Instagram" hesabını izləməyə başlayıb. Əvəzində Ronaldo "Real"dakı komanda yoldaşlarını, həmçinin komandanın keçmiş baş məşqçiləri - Karlo AnçelottiZinəddin Zidanı izləməkdə davam edir.

Qeyd edək ki, Ronaldo 2009-2018-ci illərdə "Real"da çıxış edib.