İdman 10:22 01.06.2013

Ronaldo Madriddə qalacaq


“Mançester Yunayted” klubuna qayıdacağı gözlənilən Kriştiano Ronaldo “Real”da qalacaq. Fanat.az xəbər verir ki, 28 yaşlı futbolçunun klubun prezidenti Florentina Perezlə görüşdüyü və anlaşdığı iddia olunur.

Portuqaliyalı futbolçu Madrid klubu ilə müqaviləsini daha 3 illiyinə uzatmaq niyyətindədi. Ronaldonun bu müddət ərzində qazancı da artacaq. Belə ki, Ronaldo “Real”da çıxış edəcəyi növbəti 3 mövsümdə ilinə 16 milyon avro qazanacaq.

Qeyd edək ki, bu mövsüm “Real”ın heyətində 62 oyuna çıxan Ronaldo 58 dəfə rəqib qapılarına yol tapıb.

Qaynar.info