İdman 23:19 23.12.2018

Ronaldo məhkəmə qarşısına çıxır

"Yuventus”un futbolçusu Kriştiano Ronaldonun məhkəməsinin vaxtı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, vergidən yayınmaqda ittiham olunan portuqaliyalı ulduz yanvarın 21-də İspaniyada məhkəmə qarşısına çıxacaq. 

Ronaldonun günahını etiraf etdəcəyi və İspaniyanın vergi orqanları ilə bundan əvvəl bağladığı müqaviləyə əsasən iki il şərti cəza alacağı gözlənilir. Bundan başqa, futbolçu 19 milyon avro həcmində cərimə ödəyəcək.

Qeyd edək ki, Ronaldo 2011-2014-cü illərdə 14,7 milyon avro vergi fırıldaqçılığında ittiham edilib. İttiham tərəfinin fikrincə, portuqaliyalı gəlirlərini gizlətmək məqsədilə saxta şirkətlərdən istifadə edib. Bununla yanaşı, ittiham futbolçunun əməkhaqqına aid deyil və yalnız imic hüquqlarının istifadəsindən gələn gəlirlərə şamil olunur.

2009-cu ildən "Real”da çıxış edən Ronaldo 2018-ci ilin iyulunda "Yuventus”a keçib.