İdman 14:53 28.09.2013

Ronaldo prokurora məktub yazdı


Ronaldo Mayami prokurorluğuna məktub yollayıb.


Milli.Az sports-a istinadən xəbər verir ki, Mayamidə keçirilən "Çelsi" - "Real" Madrid yoldaşlıq oyununda 20 yaşlı albaniyalı azarkeş Qorke meydana girərək portuqaliyalı futbolçunu qucaqlayıb.

Hal-hazırda tələbə oxuduğu yerdən və ölkədən deportasiya oluna bilər.

Belə ki, stadiona qanunsuz daxil olduğuna görə, Qorkenin barəsində prokurorluqda iş açılıb.

Kriştianu Ronaldo azarkeşinə qarşı ittiamlardan xəbər tutan kimi Mayaminin prokurorluğuna məktub göndərib:

"Mən başa düşürəm sizin qanuna riayət etməyinizi, lakin mən sizdən çox xahiş edirəm ki qərarlarınıza yenidən baxıb cavan oğlanın iki sanksiyanı üzərindən götürəsiz".

Qaynar.info