İdman 16:45 05.03.2013

Ronaldo: "Mənə əsl futbolçu olmağı o öyrətdi"

"Real Madrid" klubunun ulduzu Kristiano Ronaldo keçmiş komandası "Mançester Yunayted"in baş məşqçisi Ser Aleks Ferqyuson haqda maraqlı açıqlamalar verib. 

Qaynar.info-nun məlumatına görə, "Times of İndia"ya açıqlama verən Ronaldo son illərdə qazandığı uğurlarda Ferqyusonun çox böyük payı olduğunu söyləyib: "Mənə əsl futbolçu olmağı o öyrətdi. Yadınıza salın, "Mançester"ə gəldiyimdə daha 18 yaşımda idim. Karyeramı ən yaxşı o yönəldirdi. Mənim üçün Ferqyuson dünya futbolunun ən önəmli şəxslərindən biridir. Onu yenidən görəcəyim üçün çox xoşbəxtəm". 

Qaynar.info