İdman 14:37 13.02.2014

Ronaldodan maraqlı rekord - VİDEO

Dünən İspaniya kubokunun 1/2 finalında "Atletiko" ilə matçda komandasının iki qolunu da vuran "Real"ın futbolçusu Kriştiano Ronaldo özünə aid olan maraqlı rekord qırıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, oynadığı "Mançester Yunayted", "Real" və Portuqaliya millisində 7 nömrəli forma geyən hücumçu karyerası ərzində yalnız 7-ci dəqiqədə fərqlənə bilməmişdi. Ancaq o, Madrid klubu ilə matçda bu dəqiqədə penaltidən qol vurmağı bacarıb. Bununla da Ronaldonun fərqlənə bilmədiyi dəqiqə qalmayıb.

Qeyd edək ki, Ronaldo ən çox 90-cı (22) və birinci hissənin son dəqiqəsində (12) rəqib qapılarına yol tapa bilib.

Qaynar.info