İdman 22:10 07.02.2014

Ronaldonun etirazı rədd edildi

"Atletik" (Bilbao) klubu ilə görüşdə rəqibinə vurduğu üçün 3 oyunluq cəzalandırılan Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldonun İspaniya Futbol Federasiyasına (İFF) etirazı rədd edilib.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, İFF portuqaliyalı futbolçunun cəzasının qüvvədə saxlanılmasına qərar verib. 

Bu isə o deməkdir ki, Ronaldo cəza səbəbindən La Liqanın qarşıdakı turlarında - "Vilyareal", "Qetafe" və "Elçe"yə qarşı oyunlarda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Atletik"lə görüşdə alınan qırmızı vərəqə Ronaldonun karyerası ərzində 8-ci belə vərəqə olub.

Qaynar.info