Ekonomiks 20:37 05.06.2020

Ronaldu ilk milyarder futbolçu oldu

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu daha bir tarixi göstəriciyə imza atıb.

Qaynarinfo "Forbes"ə istinadən xəbər verir ki, Ronaldu ilk milyarder futbolçu kimi tarixə düşüb.

KR karyerası ərzində 1 milyard dollar qazanan üçüncü idmançıdı. Daha əvvəl qolfçu Tayqer Vuds və boksçu Floyd Meyvezer bunu bacarmışdılar.

Portuqaliyalı futbolçu 17 illik karyerasında müxtəlif klublardan toplam 650 milyon dollar maaş alıb. O, qalan vəsaiti sponsorluq müqavilələri hesabına əldə edib.

Ronaldu son bir il ərzində 105 milyon dollar qazanıb.