Video 09:00 09.06.2018

Roza Zərgərli hamını aldatdı: Aytən hönkürtü ilə ağladı (VİDEO)

Ölkənin ən bahalı və ən reytinqli şousu - "Maşın” şounun 16-cı sürəti davam edir.

Qaynarinfo baku.ws-ə istinadən Xalq artisti Murad Dadaşovun təqdim etdiyi şou "Xanımlar və Cənablar-2” adı altında yayımlanır. 

Maşın uğrunda mübarizə aparan iştirakçıların əksəriyəti bu dəfə də Roza Zərgərlini SMS səsverməsinə çıxarıblar. Amma o, hələlik hədəfini açıqlamayıb. Bununla belə heç kəsə də toxunmayacağı barədə vəd vermədiyini bildirib. Eyni zamanda hədəfinin xanımlardan olacağını da gizlətməyib.

Və nəhayət 63 faizdən çox səs toplayan Roza intizara son qoyub. Hər kəs Aytən Səfərovanın şoudan uzaqlaşdırılacağını ehtimal etsə də, Roza Ruhəngiz Musəvinin xahişini nəzərə alaraq onu yola salıb. Beləliklə Ruhəngiz xanım üçün maşın əldən gedib. Aytən Səfərova isə hönkürtü ilə ağlamaqdan özünü saxlaya bilməyib.

Maşın uğrunda isə aşağıdakı şəxslər mübarizəni davam etdirir: 

1.Aytən Səfərova (aparıcı) 
2.Hüseyn Əzizoğlu (video blogger) 
3.Uran (reper) 
4.Rahidə Baxıçova (müğənni) 
5.Pərvin Abıyeva (aktrisa) 
6.Abbas Bağırov (müğənni) 
7.Roza Zərgərli (müğənni)

Qeyd edək ki, Ələkbər YasamallıFiruzə Cəlilova səhvən əlini maşından çəkdiyi üçün mübarizədən uzaqlaşdırılıb. Günel Hümbətova Roza Zərgərli, Azər Axşam isə Uran tərəfindən şoudan kənarlaşdırılıb. Qurd İlhamə ilə döyüşdə məğlub olsa da, Hüseyn Əzizoğlu onu ötən gün şoudan kənarlaşdırıb. CavidanMətanət Əliverdiyeva Aytənlə, Əli Mirəliyev isə ötən gün Pərvinlə mübarizədən məğlub ayrılıb.