İdman 15:35 09.11.2013

Runi: “Arsenal” mənim üzümü görəndə əsir”

"Mançester Yunayted”in hücumçusu Ueyn Runi sabah Premyer Liqada "Arsenal”la keçiriləcək oyunöncəsi maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, İngiltərə millisinin də şərəfini qoruyan Runi "Arsenal” klubunun onu görəndə qorxudan əsdiyini bildirib.

"Mən hələ gənc yaşlarımdan "Arsenal”ın qapısına qol vurmağa başlamışam. "Everton”da oynadığım zaman "Arsenal”a vurduğum qol, mənə elə gəlir ki, çoxdan olub.

Amma mənim üçün ən yadda qalan il 2004-cü il olub. O zaman "Arsenal”ı 2:0 hesabı ilə məğlub etmişdik. Oyun mənim üçün çox gərgin keçirdi. "Arsenal”ın heyəti də çox güclü idi. Həmin qələbəyə görə çox sevinmişdik. "Arsenal” çox səhflərə yol verir, mən başa düşə bilmirəm niyə? Ancaq düşünürəm ki, "Arsenal” hər dəfə mənim üzümü görəndə qorxudan əsir".

Qeyd edək ki, "Mançester Yunayted" - "Arsenal" oyunu sabah, Bakı vaxtı ilə saat 20:10-da başlayacaq.

Qaynar.info