Video 12:17 26.10.2019

Rus aparıcı ukraynalı qonağı studiyadan qovdu (VİDEO)

"Ukrayna politoloqu" ilə əlaqəli daha bir qalmaqal "Rossiya 1" telekanalında baş verib: "60 dəqiqə” proqramının aparıcısı Yevgeni Popov Ukrayna Avropa Hərəkatı ictimai birliyinin idarə heyətinin rəhbəri Vadim Tryuxanı cümə günü efirində studiyadan qovub.

Qaynarinfo kp.ru-ya istinadən xəbər verir ki, proqram iştirakçıları Donbasdakı vəziyyəti müzakirə edərkən kiyevli qonaq o və rusların heç vaxt bu mövzuda ortaq bir fikrə gəlməyəcəyini deyib və bunu belə əsaslandırıb: "Çünki Kiyev və Moskvanın milli maraqları üst-üstə düşmür”.

"Sizin arqumentləriniz bitdikdən sonra kobud olacaqsınız, özünüzü yerə çırpacaq, hədələyəcəksiniz, ancaq məsələn, Popovun da istədiyi kimi, lazımi qaydada hərəkət edəcəksiniz", - Tryuxan rəqiblərinə deyib.

Bundan sonra, verilişin aparıcısı ona qarşı irəli sürülən ittihamları əsaslandırmağı xahiş edib, ancaq Ukraynalı qonaq ondan sözünün kəsilməməsini istəyib.

"Siz mənə hücum etdiniz, düşünürsünüz ki, bunu cavabsız qoyacağam?” - Popov əsəbiləşib və onunla eyni zamanda danışmağa davam etdiyi üçün Tryuxanı studiyadan qovub.