Rus bölməsində oxuyub, 700 bal toplayan məzunlar: İndi haradadırlar? (SİYAHI)

Rus bölməsində oxuyub, 700 bal toplayan məzunlar: İndi haradadırlar? (SİYAHI)

Son günlərdə sosial şəbəkələrdə rus bölməsində təhsil alan şagirdlər barədə müxtəlif fikirlər səsləndirilir.

Bu fikirlərin bəziləri sözügedən şagirdlərin təhsil səviyyələrinin aşağı olması və rus bölməsi üzrə 700 bal toplayan abituriyentlərə rast gəlinməməsiylə bağlıdır.

Qaynarinfo azedu.az-a istinadən rus bölməsində təhsil alaraq ali təhsil müəssisələrinə müxtəlif illərdə keçirilən qəbul imtahanlarında maksimum nəticə göstərən şəxsləri diqqətə çatdırır:

Nərgiz İsmayılbəyli

Nərgiz İsmayılbəyli 1990-cı ildə Bakı şəhərində anadan olub. 2007-ci ildə 10 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. 2007-ci ildə ali məktəblərə qəbul imtahanlarında IV ixtisas qrupu üzrə 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinə qəbul olunub. Prezident təqaüdünə layiq görülən Nərgiz 2013-cü ildə isə həmin universiteti fərqlənmə diplomu ilə bitirib.

2011-ci ildə yay istehsalat-təcrübəsi çərçivəsində İtaliyanın Genuya Universitetinin klinikasında ginekologiya şöbəsində həkim köməkçisi kimi fəaliyyət göstərib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İtaliyanın Roma "La Sapienza” Universitetində (Universita di Roma "La Sapienza”) "prenatal diaqnostika və dölün patologiyası” ixtisası üzrə magistratura təhsili alıb.

Hazırda Bakıda Ginekoloq olaraq çalışır.

Şahbaba Məmmədov

Şahbaba Məmmədov 1998-ci il oktyabrın 5-də Rusiyanın Sankt Peterburq şəhərində anadan olub.
"Tərəqqi” texniki-humanitar liseyinin məzunu olan Şahbaba Məmmədov 2016-cı ildə 700 balla Azərbaycan Dövlət İqtisad Universitetinə (indiki UNEC – red.) qəbul olunub.

Şahbaba hazırda UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alır.

Elmir Əhmədov

Elmir Əhmədov 2000-ci ildə Rusiya Federasiyasında anadan olub. 2006-ci ildə Quba şəhər 3 saylı orta məktəbin birinci sinfinə daxil olub. 2017-ci ildə isə Akademik Zərifə Əliyeva adına liseyi fərqlənmə attestatı ilə bitirib.

O, orta məktəbdə müxtəlif illər ərzində Azərbaycan və rus bölmələrində oxuyub.

2017-ci ildə qəbul imtahanlarında maksimum nəticə göstərən Elmir, hazırda Bakı Ali Neft Məktəbində Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi (PAM) ixtisası üzrə təhsil alır.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR