Rus deputat: “Hazırda Rusiyada Stalin modelli dövlət qurulur”

Rus deputat: “Hazırda Rusiyada Stalin modelli dövlət qurulur”

Sankt-Peterburq Qanunvericilik Məclisinin millət vəkili Boris Vişnevski küçələrdə etiraz aksiyasına cəhd edən vətəndaşların vəhşicəsinə götürülməsinə başlanıldığını deyib. 

Qaynarinfo xəbər verir ki, deputat Marinski Sarayında keçirilən yığıncaqda Navalnını dəstəkləmək və Sankt-Peterburqda yaşıllaşdırmayla bağlı keçirilən təkadamlıq piketlərin dağıdılması problemini qaldırıb.

"İki gündür qanunlara tüpürüb insanları polisdə saxlayırlar – hətta o adamları ki, azyaşlı övladları var və onlar üç saatdan gec olmayaraq sərbəst buraxılmalıdırlar. Prokurorluq bütün bunlara gözlərini bərk-bərk qapayaraq heç bir hərəkət etmir. İndi Navalnının həbsini və istintaqı izləyirik, göründüyü kimi, Kremldə gərginlik hökm sürür və "tutun, buraxmayın" əmri verilib. İstənilən əleyhdar – düşməndir və məhv edilməlidir”, - deputat deyib.

Onun sözlərinə görə, hazırki polis dövləti məhz belə görünür.

"Hazırda bizdə tipik Stalinist model üzrə bir dövlət qurulur. Ətrafda düşmənlərdir, içəridə isə xarici agentlər və xainlər var, dövlət orqanları isə səhv etmirlər. Artıq Duma tribunasından Navalnı və digər siyasi məhbuslara qarşı siyasi repressiyanı bəyənənlərin çağırışlarını çox eşitmişəm. Moskva etirazlarında "Vahid Rusiya”nın ofisində plastik stəkanlarla şüşələri qırdığı iddia edilən riyaziyyatçı Azat Miftaxova 6 il həbs veriblər. Bu, ölkəmizdə baş verənlərdir. Tarixdən dərs çıxarılmalıdır. Repressiyaları bəyənənlər, sonra özləri onun qurbanlarına çevrilirlər", - Boris Vişnevski deyib.

Xatırladaq ki, 18 və 19 yanvar tarixlərində Sankt-Peterburqda Navalnını dəstəkləmək və şəhərdəki yaşıllıqları müdafiə etmək üçün təkadamlıq piketlər keçirilib. Piketlərin hamısı şəhərlilərin həbsləri ilə sona çatıb.

Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR