Ölkə 17:15 26.01.2022

Rus Dram Teatrının aktyorları koronavirusa yoluxdu

Azərbaycan Dövlət Rus Dram Teatrında iki tamaşanın nümayişi koronavirusa görə təxirə salınıb.

Bu barədə Qaynarinfo-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qərar aktyorlar COVID-19-a yoluxduğu üçün qəbul edilib: "Teatr fəaliyyətini davam etdirir. Digər tamaşalar nümayiş etdirilir”.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.