Video 11:06 23.11.2020

Rus hərbçilər Qarabağı minalardan təmizləməyə gəldi (VİDEO)

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbçiləri xüsusi təlim keçmiş itlərlə birlikdə Dağlıq Qarabağda minadan təmizləmə əməliyyatına göndərilib.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, "RİA Novosti” Telegram kanalı tərəfindən yerləşdirilən videoda Rusiya hərbçilərinin xüsusi xidmət itləri ilə birlikdə təyyarəyə mindiyi əks olunur.

Mərkəzin yüzdən çox mütəxəssisinin artıq İrəvana gəldiyi və Xankəndiyə doğru yola düşdüyü bildirilib. Bundan əlavə əməliyyata robotlar da daxil olmaqla xüsusi texnikanın da cəlb olunduğu qeyd olunub.