Siyasət 11:15 06.08.2014

Rus politoloqdan Qarabağda müharibə proqnozu


"Qarabağ müharibəsi hər an başlaya bilər"

"Dağlıq Qarabağda müharibə qaçılmazdır. Gec-tez bu baş verəcək. Cəbhədəki son hadisələr bir daha onu göstərdi ki, istənilən an müharibə başlaya bilər".

ANS PRESS-in məlumatına görə, bunu rusiyalı politoloq Aleksandr Xramçixin Azərbaycan-Ermənistan sərhədində son vaxtlar gedən döyüşləri şərh edərkən bildirib.

O, bildirib ki, hazırda Dağlıq Qarabağ ətrafında baş verənlər haqqında dəqiq, konkret fikir söyləmək çox çətindir.

Politoloqun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə planlaşdırılan görüşü konkret nəticə verməyəcək.

Qeyd edək ki, avqustun 8-9-da Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə görüşü gözlənilir.

Qaynar.info