Dünya 12:30 27.03.2020

Rusiya araq satışını da məhdudlaşdıracaq – Mişustinə məktub

Rusiyanın Baş naziri Mixail Mishustin yeni növ koronavirus pandemiyası səbəbiylə ölkədə spirt satışını məhdudlaşdırmağı təklif edən məktub alıb. 

Qaynarinfo xəbər verir ki, Nazirlər Kabinetinə müvafiq müraciəti Rusiya Federasiyası İctimai Palatasının üzvü Sultan Xamzaev yazıb.

Məktub müəllifi hesab edir ki, mayın 1-dən əvvəl ölkədə spirt satışı üçün xüsusi rejim tətbiq edilməlidir. Təklif qəbul edilərsə, rusiyalılar pərakəndə satışda adam başına tündlüyü 9%-dən artıq olan 1 litr alkoqollu içki ala biləcəklər.

"Rusiya Federasiyasının Hökuməti spirt satışına tamamilə qadağa qoymaq da daxil hər cür məhdudiyyətləri tətbiq etmək səlahiyyətindədir", - məktubda deyilir.
Xamzayev xatırladıb ki, Ümumdünya Səhiyyə Təşkilatı da pandemiya ilə mübarizə dövründə qızışdırıcı içkilərdən imtina etməyə çağırıb.