Dünya 15:59 14.03.2019

Rusiya da "Boeing" təyyarələrinə qadağa qoydu

Çin, ABŞ-ın da daxil olduğu "Boeing"dən imtina edən ölkələr siyahısına Rusiya da qoşulub.

Qaynarinfo xəbər verir ki, Rusiya hava sahəsini "Boeing 737 MAX" təyyarələri üçün bağlayacağını açıqlayıb. 

Qeyd edək ki, 10 martda Efiopiyada "Boeing 737 MAX" təyyarəsi qəzaya uğrayıb və 157 nəfər həyatını itirib. Ötən il İndoneziyada da eyni model təyyarə qəzaya uğramışdı, çox sayda insan həlak olmuşdu. Oxşar hadisənin baş verməsi "Boeing" təyyarələrinin təhlükəsizliyi məsələsini gündəmə gətirib və kütləvi qadağa və imtinalara səbəb olub.

Gülşən