Dünya 09:48 30.09.2019

Rusiya Duması ABŞ “Demokratlar”ının gizli steneoqram tələbindən qəzəbləndi

Rusiya Dövlət Duması Amerika Demokratlarının Donal Trampın Vladimir Putinlə danışıqlarının mətnini dərc etməsi tələbini absurd hesab edib. 

Qaynarinfo xəbər verir ki, bu haqda Dövlət Dumasının Xarici İşlər Komitəsi sədrinin müavini Aleksey Çepa RİA Novosti-yə bildirib. 

O deyib ki, prezidentlərin danışıqları şəxsi söhbət deyil, bundan başqa orada başqa dövlətlər haqda söhbətin getməsi də mümkündür. 

Demokratların tələbini "ucuz oyun" adlandıran Çepa deyib ki, onlar dövlət sirlərini açmaq istəyirlərsə, onda qoy başqa dövlətlərdə baş vermiş "rəngli inqilabların” maliyyə mənbəyini axtarsınlar, üstəlik Maydan hadisələri zamanı "yüzlərlə şəxsin” snayperlə qətlə yetirilməsinin arxasında kimin dayandığını araşdırsınlar. 

Xatırladaq ki, Amerika prezidentinin əleyhdarları "milli təhlükəsizliyi təmin etmək" məqsədiylə onun Putinlə olan gizli danışıqlarının stenoqramının ictimailəşdirilməsini tələb ediblər.

Alpər