Sənət 22:09 28.01.2015

Rusiya ədəbiyyatını fəth edən azərbaycanlı qadın

Müasir azərbaycanlı müəlliflərin passivliyi barədə cəmiyytədə ara-sıra fikirlər səslənir. Amma məsələyə ətraflı yanaşıldığında ölkə xaricində belə, tanınan xeyli  yeni nəsil Azərbaycan yazıçılarının olduğunu görə bilərik.

Belə simalardan biri, fantastika janrında roman və povestlər yazan Lalə Həsənovadır. Modern.az saytı Lalə Həsənova barədə informasiyanı təqdim edir.

Lala Həsənova 1978-cı il iyulun 26-da Bakı şəhərində anadan olub. Azərbaycan Beynəlxalq Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. Bədii yaradıcılığa uşaq yaşlarından başlayan Lalə Həsənova 1994-cü ildən fantastika janrında əsərlər yazmağa üstünlük verib. Müəyyən müddət ixtisası üzrə vəkillik karyerası qurmağı düşünsə də, 1998-ci ildən Lalə Həsənova özünü bədii yaradıcılğa həsr edir. Qeyd etmək lazımdır ki, xanım yazıçı bütün əsərlərini rus dilində yazır. Onun ədəbi təxəllüsü isə Elizabet Tüdordur.

Məhz bu imza ilə onun ilk kitabı – “Zamanların savaşı” 2001-ci ildə “Azərnəşr” də işıq üzü görüb. Fantasik janrda yazılan kitabın uğuru fonunda fantast-yazıçını 2002-cui ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul ediblər.

Elə həmin il Lalə Həsənovanın macəra və fantastika janrında yazdığı kiçik hekayələr toplusu olan “Qatil Çuopakabra” kitabı işıq üzü görüb. Ardınca gənc müəllif elmi-fantastika janrında yazılan “Səmaların seçilmişləri” romanını nəşr etdirir.

2003-cü ildə də məhsuldar yaradıcılığını davam etdirən Lalə Həsənova “Xəzərin sualtı sirləri” tarixi-fantastik romanını yazır. Demək olar ki, hər il Eliozabet Tüdor imzası ilə bir kitab nəşr etdirən Lalə Həsənova yalnız Azərbaycandakı deyil, bütövlükdə MDB məkanındakı rusdilli auditoriyanın marağını qazanıb.

2007-ci ildə yazdığı “Kolliziya” romanını isə o zamanalr Kaliforniyanın qubernatoru səlahiyyətlərini icra edən məşhur kinoakytor Arnold Şvartseneggerə həsr edib.

2008-ci ildən isə Lalə Həsənova 12 xilaskar qəhrəmandan bəhs edəcək 12 cildlik silsilə romanlar yazmağa başlayır. Onların arasında “Kevin Konnor”, “Aron Şmuel” kimi əcnəbi qəhrəmanlar olmaqla yanaşı, həm də azərbaycanlı “Abbas Ələkbərov” obrazı da var. Yeri gəlmişkən, Abbas Ələkbərovun macərlarından bəhs edən elmi-famntastik roman 2014-cü ildə işıq üzü görüb.

Lalə Həsənovanın gələcəklə bağlı planları zəngindir. Hazırda ABŞ-ın Florida ştatındakı Mayami şəhərində yaşayan Lalə Həsənova bununla belə, tarixi vətəni Azərbaycanla əlaqələrini itirmir. Əksinə Azərbaycanda ədəbi festivalların sıx-sıx keçirilməsini, rus dilinin populyarlaşmasını və istedadlı yazıçıların ölkə sərhədlərindən kənarda tanınmasını azru edir.

Qeyd etmək lazımdır ki, 37 yaşının olmasına baxmayaraq, artıq 20-dən artıq kitabrın müəllifi olan həmvətənimiz Beynəlxalq “Broad Universe” fantast-yazıçılar təşkilatının və “Beynəlxalq Rusdilli Yazıçılar Federasioyası”nın üzvüdür.      

Qaynar.info