Rusiya Ermənistandakı hərbi bazasını genişləndirə bilər

Rusiya Ermənistandakı hərbi bazasını genişləndirə bilər

Rusiya Ermənistanda yerləşdirdiyi hərbi bazasını genişləndirə bilər.

“Qaynarinfo” xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin jurnalistlərə açıqlamasında bildirib.

Səfir Lavrovun bəyanatına istinadən bunu açıqlayıb: “Düşünürəm ki, nazir səfirdən daha yaxşı bilər. Ümumilikdə isə Rusiya hərbi bazası burada Ermənistanin təhlükəsizliyi və bir sıra digər məsələləri həll etmək üçün buraya yerləşib”.

Jurnalistlərin hərbi bazanın genişləndirilməsi ilə bağlı suallarını isə belə cavablandırıb: “Yəqin ki, qarşılıqlı razılıq əsasında hər hansı genişləmə ola bilər”.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistandakı 102 nömrəli hərbi bazanın İŞİD-lə mübarizəyə hazır olduğu bəyanatını vermişdi.

Qaynarinfo.Az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR