Foto 19:08 09.01.2019

SSRİ dövründə itkin düşən paraşütçü 60 dərəcə şaxtada yaşayır (FOTOLAR)

Sovet İttifaqı dağılmamışdan əvvəl itkin düşən və illər sonra tapılan sabiq paraşütçü Timofey Menşikov insanlardan uzaq həyat yaşayır.

Qaynarinfo xəbər verir ki, 58 yaşlı Timofey Rusiyanın Yakutiya ərazisində yerləşən meşədəki daxmada -60 dərəcə temperaturda illərdir tənha yaşayır. Timofey Menşikovun 2 iti və 1 pişiyi var və qida ehtiyacını balıq tutmaq, ovçuluqla ödəyir. O, sadəcə əraziyə gələn ovçulardan yağ, çay, un alır. "Müasir dövr keşişi" adlandırılan həmin şəxs yaxınlıqda yerləşən qəsəbəyə belə baş çəkmir. Bloqqer Oleq Qeraymoviç tərəfindən aşkarlanan Timofey açıqlamasında spirtli içkidən qaçdığı üçün insanları tərk etdiyini bildirib. 

Qeyd edək ki, Timofey Menşikov 8 yaşında valideynlərini itirib və yetimxanada böyüyüb. 1979-cu ildə Sovet Hava Qüvvələrində çalışıb. O, daha sonra bacı və qardaşını tapmaq üçün Sanqara gedib, lakin istəyinə nail ola bilməyib. 4 uşaq atası Menşikovu kürəkəni ziyarət edib, lakin qızı tərk edildiyi üçün atasından imtina edib.

Gülşən