Dünya 20:54 10.12.2013

Rusiya hərbi qüvvə yeridir

Putin gələn il yeni birləşmələrin və hərbi hissələrin formalaşmasını başa çatdırmağı tələb edib

Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə əmr verib ki, 2014-cü ildə Arktikada infrastrukturun və hərbi hissələrin genişlənməsinə xüsusi diqqət yetirsin.

Ans Press “RİA Novosti”yə istinadən bildirir ki, Putin gələn il yeni birləşmələrin və hərbi hissələrin formalaşmasını başa çatdırmağı tələb edib. Dövlət başçısı izah edib ki, Rusiya bu perspektivli regionu getdikcə daha fəal mənimsəyir, həmçinin “öz təhlükəsizliyinin və milli maraqlarının müdafiəsi üçün burada bütün rıçaqlara malik olmalıdır”.

Prezident bildirib ki, artıq Arktika zonasında şimal aerodromlarının bərpasına başlanıb. Onun sözlərinə görə, bu ilin sonuna kimi “Tiksi” hava limanının bərpası və “Severomorsk-1” hava limanında tikinti-montaj işlərinin yerinə yetirilməsi üzrə işlərə başlanıb.

Həmçinin Rusiya müdafiə naziri Sergey Şoyqu Putinə bildirib ki, həmçinin Frans-İosif torpağında və Novosibirsk adalarında hava limanlarının və liman körpülərinin bərpası aparılacaq. Onun sözlərinə görə, digər şimal hava limanlarının (Tiksi, Naryan-Mar, Alıkel, Amderma, Anadır, Roqaçevo, Naqurskaya limanalarının) bərpası da nəzərdə tutulur.

Qaynar.info