Dünya 14:18 15.03.2018

Rusiya ingilis diplomatları ölkədən qovur

Böyük Britaniyanın 23 rus diplomatın ölkədən deportasiyası barədə qərarından sonra Rusiya da oxşar addım atıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirliyi ingilis diplomatların qısa müddət ərzində ölkədən deportasiya ediləcəyini açıqlayıb. 

Qeyd edək ki, sabiq rus agenti Sergey Skripal İngiltərədə zəhərlənib. İngiltərə bu hadisəyə görə Rusiyanı sui-qəsddə ittiham edir. Rusiya iddiaları rədd edərək istintaqda iştiraka hazır olduqlarını bildirir. Ötən gün məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçirilib.

Gülşən