Siyasət 21:59 18.01.2022

Rusiya, İran və Çin birgə hərbi təlimlərə başlayır

Rusiya, İran və Çin birgə hərbi dəniz təlimləri keçirəcək.

Bu barədə Rusiya Sakit okean Hərbi Dəniz Donanması məlumat yayıb.

Məlumata görə, təlim Fars körfəzi ərazisində keçiriləcək.

Qeyd olunur ki, təlimlərin əsas vəzifəsi beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və dəniz quldurlarına qarşı mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasıdır. (oxu.az)