Dünya 15:14 02.06.2019

Rusiya "İsgəndər-M" raketlərini Suriyaya göndərdi

Rusiya Suriyada yerləşən Hmeymim hərbi bazasına "İsgəndər-M" raketlərini göndərib.

Qaynarinfo xəbər verir ki, qurudan quruya atılan 500 km mənzilə sahib taktiki raketlər "AN-124" yük təyyarələri ilə yola salınıb. 

Bəzi mütəxəssislər raketlərin Bəşər Əsəd rejiminin İdlib hücumlarında, bəziləri isə sınaq məqsədilə Suriyaya göndərildiyini iddia edir. Bildirilir ki, raketlər Suriyada sınaqdan keçiriləcək, daha sonra isə NATO-ya qarşı Avropada yerləşdiriləcək.

Qeyd edək ki, "İsgəndər" raketlərinin mənzili döyüş başlığından asılı olaraq 280-480 km arasında dəyişir.

Gülşən