Dünya 13:28 08.09.2017

Rusiya: "İŞİD-in iki naziri öldürüldü"

Rusiya müdafiə nazirliyi Rusiyaya məxsus hərbi təyyarələrin Suriyanın Deyr əz Zor bölgəsində yerləşən İŞİD qüvvələrinə hücum etməsi barədə məlumat yayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində terrorçu qrupun iki vəzifəli şəxsi, müdafiə naziri və və iqtisadi məsələlərlə məşğul olan Əş Şimali öldürülüb. Su-34 və Su-35 təyyarələrinin iştirak etdiyi hücumda ümumi 40 nəfər terrorçu öldürülüb. Öldürənlər arasında 2015-ci ildə Fransanın paytaxtı Parisdə terror törədən şəxsin olduğu da deyilir.

Digər tərəfədən isə, İraq Kürd dövlətinin kəşfiyyat rəhbəri Lahur Təlabani bildirib ki, Suriya və İraqda məğlubiyyətə uğrayan İŞİD qərb ölkələrinə növbəti hücumlara hazırlaşır. Təlabani həmçinin terrorçu qrupun lideri olan Əbubəkr Əl Bağdadinin sağ olduğunu deyib.
Qeyd edək ki, Rusiya bir neçə ay əvvəl Bağdadinin öldürülməsi barədə məlumat yaymışdı.

Gülşən

Qaynarinfo.Az